Quba polisi ictimai şura üzvləri ilə görüş keçirdi

Baxılıb:261
Quba polisi ictimai şura üzvləri ilə görüş keçirdi

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şöbənin inzibati binasında tədbir keçirilib. Tədbirdə RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov, İctimai təhlükəsizlik bölməsinin əməkdaşları və ictimai şura üzvləri iştirak ediblər.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Vüsal Rüstəmov qeyd edib ki, bu gün cəmiyyətdə polis veteranlarına, ağsaqqallara, onların təcrübələrinə böyük ehtiyac var. V.Rüstəmov həmçinin bildirib ki, bir sıra xarici qüvvələrin pozuculuq fəaliyyəti ilə mübarizədə, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların yardımı əvəzolunmazdır.

Görüşdə çıxış edən rayon ağsaqqalları hər zaman olduğu kimi, bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını deyiblər. Vurğulanıb ki, son dövrlər ölkədə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalıb, kriminogen vəziyyət xeyli sabitləşib.

Çıxış edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Ramin Məmmədov bildirib ki, bu tip görüşlərin mütəmadi keçirilməsi polislərə stimul verməklə yanaşı onların bilik və bacarıqlarına da müsbət təsir edir. Belə ki, nəzəri biliklərlə yanaşı praktiki təcrübə tələb edən polis peşəsində veteranların təcrübəsi hər zaman köməyə çatır.


Abunəlik