Babək prospektində dəyişiklik edildi

Baxılıb:132
Babək prospektində dəyişiklik edildi

Paytaxtın əsas yol sahələrindən olan Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentiyindən (BNA) bildirilib ki, görülən işlər çərçivəsində kəsişmədəki ayırıcı zolaq ləğv edilib.

Rəsmi məlumata görə, nizamlanan yeni yolayrıcı və eyni səviyyəli piyada keçidləri təşkil edilib. Müvafiq yol nişanları və nişanlanma xətləri çəkilib. İnfrastruktur işləri görülüb, yeni səki və panduslar inşa olunub.

Nəticədə O.Vəliyev küçəsi vasitəsilə Babək prospektinin şimal və cənub hissəsi əlaqələndirilib. Nəqliyyat vasitələrinin izafi yürüş məsafəsi 2.5 km qısalıb. Babək prospektindəki mövcud geriyədönmə yerlərinin nəqliyyat yükü 50%-ə qədər azalıb.


Abunəlik