Qusarda məktəblilərlə narkomaniya mövzusunda maarifləndirici görüş keçirildi

Baxılıb:147
Qusarda məktəblilərlə narkomaniya mövzusunda maarifləndirici görüş keçirildi

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kirik kənd tam orta məktəbində
“Narkomaniyanın sosial təhlükəliliyi və doğurduğu fəsadlar” və “Erkən nikahın fəsadları”
mövzularında maarifləndirici tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan AzTimes.az -a verilən məlumata görə, yerli icra nümayəndəsi,
həkim, məktəbin pedaqoji heyəti və şagirdlərin iştirak etdiyi tədbirdə çıxış edən RPŞ-nin rəis
müavini, polis polkovnik- leytenantı Hidayət Babayev dövrümüzün ağır bəlasına çevrilən
narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə
yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıb.

O qeyd edib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə,
cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Onun
sözlərinə görə, gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Tədbirdə həmçinin çıxış edən RPŞ-nin azyaşlılar üzrə baş inspektoru, polis mayoru Səlahəddin
Əmrullayev erkən nikahın doğurduğu mənfi cəhətlər və gənc ailələrdə yaratdığı problemlərdən söz açıb.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik