Səhliyalının çörəyi ilə böyüyən Sərdarı İrana bağlayan nədir? – VİDEO

Baxılıb:906
Səhliyalının çörəyi ilə böyüyən Sərdarı İrana bağlayan nədir? – VİDEO

44 günlük Vətən Müharibəsi İranın kimin qardaşı olduğunu bəlli etdi. İstər müharibə dövründə, istərsə də müharibədən sonrakı dönəmlər İran açıq-aşkar Ermənistanın mövqeyini dəstəklədiyini bəyan edir. Hətta, bəzi vaxtlarda Azərbaycanı açıq hədələməkdən də çəkinmir. İranın bu cür fəallıqlarından sonra ölkəmizdəki agentləri, casusları, İran sevdalıları səsini daha da gur çıxarmağa başladı. Səsləri çıxdıqca aydın olur ki, bu İran sevdalılarının əksəriyyəti dövlətin çörəyi ilə böyüyənlərdir.


İndi də Sərdar Amin peyda olub. Adam göz görə-görə İranı müdafiə edir. Elə bəh-bəhlə İranı tərifləyir ki, sanki İran nə dedisə, biz iki əlli razı olmalıyıq.  Eyni zamanda Dağlıq Qarabağın(Xankəndi, Xocalı, Ağdərə, Xocavənd) azad olunmadığını bildirir. Bir az da qabağa gedərək vurğulayır ki, İranla ABŞ, İsrail baş apara bilmədi, Azərbaycanmı baş aparacaq sualı qoyur. Təbrizlə də bağlı Azərbaycana mesaj verməkdən çəkinmir.

Sərdar Aminin kimliyi araşdırmağa çalışdıq. Əldə etdiyimiz məlumata görə, S.Amin dövlət tərəfindən maliyyələşən qafqazinfo.az-ın köşə yazarıdır və youtube üzərindən yayımlanan “1000 Production” layihəsinin rəhbəri və aparıcıdır. Bu layihəyə bir neçə xidməti özündə birləşdirən və istehsalçı şirkət olan Səhliyalı MMC sponsorluq edir. Şirkət hər ay həmin layihəyə 3 min manat ayırır. Sərdar Amin eyni zamanda dövlət layihələrindən birinin suallarını tərtib edir. Təbii ki, bunu da havayı etmir. Göründüyü kimi Sərdar Aminin maliyyə mənbələrinin hamısında dövlət adı var.
Dövlətin çörəyi ilə böyüyənlər İran sevdalısı olub və Azərbaycana meydan oxumağa başlayırlar.
Dövlət bu məsələlərdə öz addımları atıb və atmaqda da davam edir. Lakin biz cəmiyyət olaraq belə obrazlara aldanmamalıyıq və İranın pisliklərini unutmamalıyıq.

Sərdar Aminin “1000 Production” layihəsinin sponsoru Səhliyalı şirkəti olduğundan onların da söz haqqını tanıyaraq sözügedən şirkətin mətbuat xudməti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri İlkin Mustafayev bildirdi ki, həmin məlumatlar yalnışdır. “”1000 Production” Sərdar Aminin layihəsi deyil. O mənim layihəmdir. 2016-cı ildə yaratmışam. Səhliyalı şirkəti də o layihəyə maliyyə ayırır. S.Aminin layihədə yalnız aparıcı olub. Onun sözügedın çıxışından sonra işdən uzaqlaşdırılıb və layihəni də dayandırmışam.” – deyə Mustafayev bildirdi.

Sərdar Aminin İranın lehinə etdiyi və Azərbaycana bəyanat xarakterli çıxışını təqdim edirik:

AzTimes.az /sarkazm.az


Abunəlik