Qadın məşğulluğunun və qadın sahibkarlığının inkişafı zəruridir – Komitə sədri

Baxılıb:178
Qadın məşğulluğunun və qadın sahibkarlığının inkişafı zəruridir – Komitə sədri

Bu gün ölkəmiz nəinki regionun lideri, həm də dünyanın nüfuzlu ölkələri sırasında dayanır. Azərbaycan əksər regional və beynəlxalq layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun rəhbərliyi ilə aparılan islahatlar, göstərdiyi siyasi iradə gündən-günə dövlətimizin qüdrətini artırır. Eyni zamanda, bu siyasətin mərkəzində dayanan hər bir vətəndaşın rifahının yüksədilməsinə səbəb olur.

Siyasetinfo xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədrinə görə, xüsusilə vurğulamaq istərdim ki, dünyada baş verən siyasi və iqtisadi proseslər fonunda ölkə başçısının həyata keçirdiyi balanslı və praqmatik siyasət həm əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, həm də dövlətimizin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Məhz bunun nəticəsidir ki, ölkə iqtisadiyyatı öz dayanıqlılığını qoruyub saxlamış və yeni inkişaf prioritetləri yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı ilə ətraflı tanış olmuşam. Çox yüksək səviyyədə hazırlanmışdır. Hesabatda Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyəti haqqında Hesabatın müzakirəsi zamanı millət vəkillərinin təklif və tövsiyələri barədə məlumatın verilməsi bir daha göstərir ki, səsləndirilən hər bir fikir nəzərə alınıb və təhlil olunub. Mən bir daha başda baş nazir hörmətli Əli müəllim olmaqla Nazirlər Kabinetinə, müvafiq nazirliklərə peşəkar səviyyədə Hesabat təqdim etdiklərinə görə təşəkkür edirəm. Ümumiyyətlə, münasibətim müsbətdir, səs verəcəyəm”.

Komitə sədri bildirib ki, lakin bir sıra təkliflərim var. Onları nəzərinizə çatdırmaq istərdim: “1. Məşğul əhalinin qırx səkkiz tam onda üç faizi qadınların payına düşür. Ölkə üzrə rəsmi işsizlik səviyyəsi 2021-ci ildə altı faiz olduğu halda, qadınlar arasında bu göstərici yeddi faizə bərabərdir. Halbuki kişilər arasında rəsmi işsizlik səviyyəsi dörd tam onda doqquz fasizdir. Qadınların böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır. Məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan və ümumtəhsil məktəblərində məktəbəhazırlığa cəlb olunmuş uşaqların 1-5 yaşlı uşaqların ümumi sayında xüsusi çəkisi qırx yeddi tam onda yeddi faizdir. Doğrudur bu göstərici əvvəlki illərlə müqayisədə artmışdır. Lakin uşaq bağçalarının, eləcə də gün ərzi qayğı mərkəzlərinin az olması, bəzi qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir. Bildiyiniz kimi, son zamanlar həm Prezident cənab İlham Əliyevin, həm də Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə tikilən bütün yaşayış şəhərciklərində uşaq bağçaları, məktəblər və digər sosial obyektlərin də istifadəyə verilməsi mühüm şərtlərdən biridir. Eyni zamanda, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində, Azərbaycan 2030: sosial inkişafa dair Milli Prioritetlər” də dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması və rəqabətli insan kapitalının yaradılması əsas məqsədlərdən biri kimi göstərilir. Bu müəssisələr həm də iri şirkətlər tətəfindən də açıla bilər. Bu, iş yerlərində əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər.

  1. Qadın məşğulluğunun və qadın sahibkarlığının inkişafını zəruri edən bir neçə amil mövcuddur. İlk növbədə qadınlar əhalinin yarısını təşkil edir və onların arasında məşğulluğun artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşmasına dəstək verə bilər. İkincisi, qadının iqtisadi cəhətdən asılı olmaması onu bir çox risklərdən və çətinliklərdən müdafiə edir. Üçüncüsü isə, ölkədə ömür uzunluğunun artır, buna görə də əhalinin ömür boyu təhsil alması və yeni peşəyə sahib olması getdikcə aktuallaşır. Bilirik ki, ölkədə bir neçə profil üzrə qadın assosiasiyaları fəaliyyət göstərir. Burada üzv olan qadınların potensialından yararlanmaq məqsədəmüvafiq olardı.
  2. Mən 41 saylı Sumqayıt birinci seçki dairəsindən olan millət vəkili kimi Sumqayıtda Məişət tullantılarının emalı zavodunun açılması məsələsini yenidən səsləndirmək istərdim. Belə bir zavodun açılması həm şəhərin ekoloji cəhətdən daha təmiz olmasına, həm də yeni iş yerlərinin açılmasına səbəb olacaqdır”.

Abunəlik