Millət vəkili şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı payladı

Baxılıb:186
Millət vəkili şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı payladı

AzTimes.az xəbər verir ki, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynovanın müraciəti ilə seçicilərə, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bayram süfrəsi üçün sovqatlar, hədiyyələr paylandı.

Vətəndaşların qayğısına qalmaq həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin güclənldirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Martın 16-da Sumqayıt şəhərindən seçilən Milli Məclisin deputatları Hicran xanım Hüseynova və Tahir Mirkişilinin müraciəti əsasında, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının dəstəyi ilə seçicilərə, şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bayram süfrəsi üçün sovqatlar, hədiyyələr paylandı.Deputat Hicran xanım Hüseynova bu xoşməramlı tədbirə görə, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan bayram ərəfəsində edilən yardımla bağlı Qızıl Aypara Sumqayıt şəhər bölməsinin sədri Mətanət xanım Məhərrəmovaya və könüllürlərə dərin minnətdarlığını bildi

rib.


Abunəlik