Hicran Hüseynova MM-in inzibati binasındavətəndaş qəbulu keçirdi
AzTimes.az xəbər verir ki, martın 16-da Milli Məclisin inzibati binasında Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb.
Səsləndirilən müraciətlər əsasən ailə, qadın və uşaq problemləri, səhiyyə, işlə təminat, əmək pensiyaları, sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.
AzTimes.az