Heydər Əliyev: şəxsiyyət və epoxa adlı keçirilən tədbirdə Hicran Hüseynova iştirak etdi

Baxılıb:276
Heydər Əliyev: şəxsiyyət və epoxa adlı keçirilən tədbirdə Hicran Hüseynova iştirak etdi

AzTimes.az xəbər verir ki, martın 15-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzidə “Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev: şəxsiyyət və epoxa adlı keçirilən tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova iştirak edib.

Görüşdə tarix elmləri doktoru, professor Dilarə xanım Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, tədbirdə parlamentin komitə sədri Hicran Hüseynova professor Dilarə Seyidzadənin, ilk növbədə, istedadlı alim olduğunu, milli təfəkkürümüzün inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq deyib:
“Dilarə xanım həm də uzun müddət Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərib. Heydər Əliyev kimi dahi şəxsiyyətlə işləmək heç də asan deyildi. O, çox diqqətli, ən xırda detalları nəzərə alan bir dövlət xadimi idi. Dilarə xanım Ulu Öndərin hər bir tapşırığını səhvsiz yerinə yetirirdi. Daha sonra isə Prezident İlham Əliyevin rəhbərliyi altında çalışıb. Elə bu peşəkarlığı və Azərbaycan dövlətçiliyinə sadiqliyinə görə nüfuz və ehtiram qazanıb”.


Abunəlik