Qarabağda Novruzqabağı hərbi əməliyyat olacaq?

Baxılıb:164
Qarabağda Novruzqabağı hərbi əməliyyat olacaq?

Hələ bir həftə öncə Qarabağdakı erməni silahlıları təxribat törətməyə cəhd etmiş, nəticədə qanlı toqquşma olmuşdu. Elə o təxribatdan sonra vəziyyətin gərginləşməsindən ehtiyat edən Qərb nümayəndələri regiona gəldilər.

Ermənistanın kapitulyasiya aktına imza atmasından az qala üç il keçir, amma İrəvan sülh müqaviləsi imzalamaq əvəzinə təxribatlardan əl çəkmir. Prosesə qatılan beynəlxalq vasitəçilərin də, görünür, vədləri bir səmərə vermir.

Xarici ölkə rəsmilərinin və nümayəndələrinin iştirak etdikləri X Qlobal Bakı Forumunda ölkə başçısı açıq bəyan etdi ki, Azərbaycan vasitəçi tərəflərə ümid edir. Azərbaycanın Qarabağ ermənilərinə təklifi isə çoxdandır masadadır. Onların reinteqrasiyası təklif olunub.


Abunəlik