Qazi intihara cəhd etdi -Polis hərəkətə KEÇDİ

Baxılıb:322
Qazi intihara cəhd etdi -Polis hərəkətə KEÇDİ

44 günlük Qarabağ mühabəsi iştirakçısı Bəhram Nuruyevin şəxsi Facebook hesabında özünə qəsd etməsi ilə bağlı paylaşım hüquq mühafizə orqanlarını hərəkətə keçirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzTimes.az-a açıqlamasında bildirib:
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Bəhram Nuriyev rayonun Balçılı kəndi ərazisində tapılıb. Hazırda həmin şəxs Göygöl Rayon Mərkəzi Xəstəxanasına gətirilir. Orada tibbi müayinədən keçiriləcək və lazımi bütün tədbirlər görüləcək. B. Nuriyevin hər hansı həyati təhlükəsi yoxdur. Gecə xəstəxada qalacaq B. Nuriyev barəsində sabah aidiyyəti qurumlara məlumat veriləcək.


Abunəlik