Vətəndaş müraciət etdi- DİN MƏLUMAT YAYDI/VİDEO

Baxılıb:320
Vətəndaş müraciət etdi- DİN MƏLUMAT YAYDI/VİDEO

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki,Biləsuvar rayon sakini Murad Almasovun birgə ticarət fəaliyyəti ilə məşğul olduğu şəxslər tərəfindən 29 min manat pulunun ələ keçirilməsi ilə bağlı müraciəti Daxili İşlər Nazirliyində araşdırılmış, lakin həmin iddialar öz təsdiqini tapmamışdır. Araşdırmanın nəticəsi barədə ona rəsmi məlumat verilib və aralarında yaranmış mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, bildiririk ki, qarşı tərəfin iddiaları ilə bağlı hazırda Biləsuvar Rayon Məhkəməsində araşdırma aparılır.

AzTimes.az


Abunəlik