Naxçıvanda otel müştərilərə narkotik təklif edir

Baxılıb:475
Naxçıvanda otel müştərilərə narkotik təklif edir

Naxçıvanın “Duzdağ” hoteli müştərilərə narkotik təklif edir.

AzTimes.az  Open.az-a istinadən xəbər verir ki, hotelin rəsmi saytının rus və ingilis versiyasında “Restoran və bar” bölməsində yemək və narkotik təklifi barədə məlumat yerləşdirilib.

Məsələ ilə bağlı hoteldən verilən açıqlamaya görə, ola bilər ki, səhv olub: “Yalnışlıq baş verib. Belə bir şey ola bilməz. Səhv tez bir zamanda aradan qaldırılacaq”.

Məlumat üçün bildirək ki, saytın Azərbaycan və türk versiyasında həmin təklif yeməklər və içkilər kimi qeyd edilib.

Qeyd edək ki, saytımıza açıqlama verildikdən sonra sözügedən səhv rus versiyasında düzəldilsə də, ingilis versiyasında hələ də qalmaqdadır.

Fotoları təqdim edirik:Azərbaycanda bu hotel müştərilərə narkotik təklif edir -FOTO


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir