8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Parlamentin komitə sədri H. Hüseynova iştirak etdi

Baxılıb:405
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə  Parlamentin komitə sədri H. Hüseynova iştirak etdi

6 mart 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar xanım Muradova, deputat və ölkənin ictimai-siyasiyi həyatında fərqlənən bir sıra qadınlarla birlikdə iştirak edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin qadınlara təbrik məktubunu səsləndirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova il ərzində fəaliyyəti ilə fərqlənən, eyni zamanda siyasi sahədə seçilən qadınların uğur sevincini bölüşüb. O, xalqa xidmət, fədakarlıq və xeyirxahlıq simvolu olan xanım Mehriban Əliyevanın açdığı yolu uğurla getməyə hazır olduğumuzu bəyan edib və başda Birinci vitse-prezident olmaqla bütün qadınları təbrik edib.

Daha sonra Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə mükafatlandırılan qadınlar təbrik edilib.

AzTimes.az


Abunəlik