Bakının əksər küçə və prospektlərində sıxlıq var – SİYAHI

Baxılıb:170
Bakının əksər küçə və prospektlərində sıxlıq var – SİYAHI

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda paytaxtın küçə və prospektlərində müşahidə olunan sıxlıqla bağlı məlumat yayıb.

Mərkəzdən KONKRET.az-a bildirilib ki, hazırda paytaxtın əksər küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Hal-hazırda yollardakı vəziyyət:

  1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
  2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
  3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
  5. Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
  6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
  7. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
  8. Zərifə Əliyeva küçəsində;
  9. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
  10. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
  11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
  12. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;
  13. “20 Yanvar” dairəsində sıxlıq müşahidə olunur.

Abunəlik