Bərdədə baş vermiş gizəmli cinayət: Ərini azyaşlı övladlarının gözü qarşısında öldürdü

Baxılıb:600
Bərdədə baş vermiş gizəmli cinayət: Ərini azyaşlı övladlarının gözü qarşısında öldürdü

AzTimes.az xəbər verir ki, hadisə 2022-ci ildə iyul ayının 28-dən 29-a keçən gecə Bərdə rayonunun Şorəlli kənd sakini 1993-cü il təvəllüdlü Nurlan Çərkəzli öz həyat yoldaşı olan 1994-cü il təvəllüdlü Aysu Çərkəzli tərəfindən üç azyaşlı övladının gözləri qarşısında qətlə yetirilib. İlkin araşdırmalar zamanı qətlin qısqanclıq zəminində baş verdiyi bildirilsə də mərhumun yaxınları bununla razılaşmırlar. Onlar iddia edir ki, qətlin səbəbi qısqanclıq yox, xəyanətdir. N. Çərkəzlinin anası Zənfurə Ağayevanın bildirdiyinə görə oğlu və gəlini evliliklərinin ilk günündən onlar üçün Şorəlli kəndində inşa olunmuş evdə çox mehriban yaşayıblar. N.Çərkəzlinin öz həyat yoldaşının “Facebook” sosial şəbəkəsində gənclə yazışmalarını aşkar etməsi ilə insident yaşanıb. Həmin şəxslə telefon danışığından sonra o, üç övladının xətrinə hər şeyi unudaraq münasibətləri olduğu kimi davam etdirməyə qərar verib. Bundan qısa müddət sonra isə Nurlan Çərkəzli qətlə yetirilib. Ana deyir ki, gəlininin yaxınlarının Nurlanın narkotik istifadəçisi, içki və qadın düşkünü olması barədə yaydığı məlumatlar tamamilə cəfəngiyatdır. Nurlan son ana kimi ailəsinə və övladlarına bağlı biri olub, yetəri qədər də diqqət ayırıb. Bunu onların asudə vaxtlarını keçirdikləri səyahətlərdən çəkilən foto-videolar da təstiq edə bilər.(istintaq davam etdiyi üçün həmin fotoları təqdim edə bilmirik)

Zənfurə Ağayeva iddia edir ki, onun oğlunun qətlində gəlini tək iştirak etməyib. Həmin gün evdə qonaqlar olub , bununla bağlı müstəntiqə dəfələrlə qonşuluqda olan təhlükəsizlik kameralarından çıxarış olunması tələb edilsə də həmin görüntülər isə əlavə edilməyib. Ana həmçinin ekspertizanın çıxardığı rəydən də narazıdır. O deyir ki, belə bir qətl anlamsız vəziyyətdə törədilən bilməz, hadisənin şahidi olan böyük övladı (səkkiz yaş) anasının dediklərinin tam əksinə danışır,amma onun azyaşlı olması səbəb göstərilərək ifadəsi alınmır.


Abunəlik