Millət vəkili Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirdi

Baxılıb:179
Millət vəkili Hicran Hüseynova Sumqayıtda vətəndaş qəbulu keçirdi

AzTimes.az xəbər verir ki,martın 1-də 41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin komitə sədri Hicran xanım Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti dəfə vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

Milli Məclisin deputatı Hicran Hüseynova vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb.
Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.


Abunəlik