DİN Şamaxıda zorakılığa məruz qalmış azyaşlı ilə bağlı AÇIQLAMA YAYDI

Baxılıb:1659
DİN Şamaxıda zorakılığa məruz qalmış azyaşlı ilə bağlı AÇIQLAMA YAYDI

Ötən gün Şamaxının Dağ Göylər kəndində 2008-ci il təvəllüdü azyaşlının həmkəndlisi tərəfindən seksual hərəkətlərə məruz qalması, baş verənlərin videoqeydə alınaraq kənd sakinləri arasında yayılması barədə məlumat vermişdik. Məsələ tərəfimizdən ictimailəşdikdən dərhal sonra Daxili İşler Nazirliyi və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dərhal araşdırma başlatdı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb və əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsi məsələ ilə bağlı Şamaxı rayon icra hakimiyyətndəki Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiyası dərhal məlumatlandırıb, Komissiya polislə birgə məsələni nəzarətə götürüb . Azyaşlının təhlükəsizliyi təmin olunub, hazırda araşdırma davam etdirilir.İrəliləyən günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.


Abunəlik