Dünyada sanksiyaya ən çox məruz qalan ölkələr – SİYAHI

Baxılıb:140
Dünyada sanksiyaya ən çox məruz qalan ölkələr – SİYAHI

Sabah Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin bir ili tamam olur.

Ukraynaya hərbi təcavüzündən sonra Rusiya dünyada ən çox sanksiyaya məruz qalan ölkə olub.
“Castellum” portalının məlumatına görə, Ukraynaya hücum etməzdən əvvəl Rusiya barəsində 2 754 sanksiya qərarı vardı. Hücumdan sonra, yəni 24 fevral 2022-ci il tarixindən ötən bir il ərzində Ruisya barəsində daha 11 327 sanksiya qərarı verilib. Nəticədə Rusiya haqqında verilən sanksiya qərarlarının ümumi sayı 14 081-yə çatıb.

Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələr və qəbul edilən sanksiya qərarlarının sayı aşağıdakı kimi sıralanıb:

ABŞ – 2 899
Kanada – 2 044
İsveçrə – 2 038
Böyük Britaniya – 1 665
Avropa İttifaqı (27 ölkə) – 1 638
Fransa – 1 572
Avstraliya – 1165
Yaponiya – 1 001

Rusiyadan sonra sanksiyaya ən çox məruz qalan ölkələr və onlar haqqında qəbul edilən sanksiya qərarlarının sayı aşağıdakı kimi olub:

İran – 4 191
Suriya – 2 643
Şimali Koreya – 2 133
Belarus – 1 155
Myanmar – 806
Venesuela – 651

Yeniavaz.com


Abunəlik