İsmayıllı rayon icra hakimiyyətinin şöbə müdirinin təhqir dolu mesajları – FOTOFAKT

Baxılıb:321
İsmayıllı rayon icra hakimiyyətinin şöbə müdirinin təhqir dolu mesajları – FOTOFAKT

İsmayıllı rayon icra hakimiyyətinin “Tikinti və Memarlıq Şöbəsi”nin müdiri Vüsal Abdullayev jurnalist Zaur Qənbərova məxsus səhifənin mesaj bölümünə təhqir dolu ifadələr yazıb.Sarkazm.az xəbər verir ki, bu barədə jurnalist öz “Facebook” hesabında paylaşım edib.Jurnalistin sözügedən paylaşımını təqdim edirik:“Bu yazını səhifəmizin mesaj bölümünə İsmayıllı rayon icra hakimiyyətinin “Tikinti və Memarlıq Şöbəsi”nin müdiri Vüsal Abdullayev yazıb. Səbəb də odur ki, V.Abdullayevin xanımı Gülər Abdullayevanın dövlət büdcəsindən pul mənimsəməsi, vəzifə nöqsanları barədə səhifədə post paylaşılıb.Son illər kadr islahatı adı altında gənclərə xüsusi yer verilir. Demək olar ki, ölkə rəhbəri əksər rayonlara təyin etdiyi icra başçıları gənc nəsilin nümayəndələridir. İsmayıllı rayon icra başçısı Nahid Bağırov da bu qəbildəndir. Xatırlayırsınızsa, Prezident Mirhəsən Seyidovu Neftçalaya, Nahid Bağırovu isə İsmayıllıya icra başçısı təyin edərək qəbul etdi. Ölkə rəhbərinin ilkin tapşırıqlarından biri bu oldu ki, gənc kadrlara yer verin. Verdilər, vermədilər bu da öz işləridir.Gələk İsmayıllı rayon icra hakimiyyətində yer verilən gənc Vüsal Abdullayevə.Bir rayonun idarəetməsində yer alır. Gəncdir. Əhali bundan yenilik, inkişaf, müasir düşüncə gözlədiyi halda nəticə və düşüncə qurşaqdan aşağıdır. Adamı dəfələrlə etik normalara riayət etməyə çağırsaq da, adam öz ampulasından, əxlaq dairəsindən, bəlli tərbiyəsindən kənara çıxmadı. Nəyə qadir olduğunu dəfələrlə nümayiş etdirdi.Qeyd edək ki, Prezident daim məmurlara tapşırıq verir ki, xalqa xidmət edin, onların problemlərinə həssas yanaşın, köməklik göstərin. Sizcə bu əxlaqın sahibi, bu cür əqidəsi, mədəniyyəti olan xalqına hansı xidmətləri göstərə bilər?Təsəvvür edin ki, əqli cəhətdən problemi olan, psixoloji durumu yerində olmayan bir vətəndaş Vüsal müəllimin qəbulunda olur və qalmaqal yaradır. Əmin olun ki, V.Abdullayev həmin vətəndaşla qurşaqdan aşağı sözlərlə danışar, bəlkə də döyər. Çünki adam buna qadirdir və potensialı da var.Bizlər də gənclərə yer verilməyinin tərəfindəyik. Amma o gənclərə yer verilsin ki, bizlərə qurşaqdan aşağı sözlərlə yanaşmasın. Yazılan nöqsanları aradan qaldırsın. Saxta profillərlə bizləri təhqir etməsin. Yazılan iradlara dözümsüzlük göstərməsin. Üzdə mələk siması göstərərək arxada insanların çörəyi ilə oynamasın və s.Xüsusilə bildirək ki, Vüsal Abdullayevin bu yazılarını icra başçısı Nahid Bağırovun votsapına göndərmişik. Eynilə Prezident Aparatına da göndəriləcək və ictimai rəyləri də sizin öhdənizə buraxırıq.”Vüsal Abdullayevin yazdığı mesajların fotofaktı:


Abunəlik