Mərkəzi Bankdan yeni qərar

Baxılıb:171
Mərkəzi Bankdan yeni qərar

Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə maliyyə sektorunun dayanıqlı maliyyəyə transformasiyası məqsədilə 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi təsdiq edilib.

Bu barədə MB məlumat yayıb.

Yol xəritəsinin məqsədi maliyyə institutlarının iqlim dəyişmələri və digər ESİ (ekoloji, sosial və idarəetmə) amillərindən yaranan riskərə qarşı dayanıqlığının təmin edilməsi, habelə dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətlərin reallaşdırılmasıdır. Yol xəritəsi qabaqcıl beynəlxalq təcrübə nəzərə alınaraq hazırlanmış və iqlim dəyişmələri və ESİ meyarlarının maliyyə sektorunun tənzimlənməsi və nəzarəti çərçivəsinə, o cümlədən maliyyə institutlarının (bank, sığorta və kapital bazarı iştirakçıları) strateji qərarvermə və risklərin idarəedilməsi proseslərinə inteqrasiyası, bu sahədə müvafiq bazar standartlarının formalaşdırılması və dayanıqlı maliyyə alətləri üçün ekosistemin formalaşdırılması üzrə tədbirləri əhatə edir.

Məlumata görə, ümumilikdə, yol xəritəsinin reallaşdırılması ölkədə sağlam, dayanıqlı və effektiv maliyyə sektorunun formalaşdırılmasına xidmət edəcək.


Abunəlik