Nazir polkovniki bu rayona rəis göndərdi

Baxılıb:255
Nazir polkovniki bu rayona rəis göndərdi

Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-leytenant Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Arzu Heydərov təyin edilib.

Bu təyinata qədər DİN-in Baş Cinayətkarlıqla Mübarizə İdarəsində rəis müavini olub.

Qeyd edək ki, Arzu Heydərov cinayətkarlıqla mübarizə sahəsindəki xüsusi xidmətləri ilə tanınır. Belə ki, o daha əvvəl Binəqədi RPİ-də cinayət axtarış şöbəsinin rəis müavini, daha sonra isə Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış idarəsinin rəisi olub.


Abunəlik