GÜNDƏM MƏHKƏMƏ İŞİ! Beyləqanın sabiq təhsil şefi “korrupsiya işi”ndən necə sıyrılır?

Baxılıb:200
GÜNDƏM MƏHKƏMƏ İŞİ! Beyləqanın sabiq təhsil şefi “korrupsiya işi”ndən necə sıyrılır?

Beyləqanın sabiq təhsil müdiri Xuraman Rüstəmovanın barəsində iki ildir davam edən məlum “cinayət işi” məhkəmələrdə son akkordlarını yaşayır.
“AzTimes.az”-ın əldə etdiyi yeni məlumata görə, sabiq təhsil müdirəsi Rüstəmova Xuraman Müzəffər qızı Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri üzrə təqsirli bilinir.
Özəl mənbənin saytımıza məlumatına görə, Xuraman Rüstəmovanın cinayət məsuliyyətdən birdəfəlik yaxa qurtarması istiqamətində prosedurlar həyata keçirilir. Və bu niyyətin reallaşdırılması üçün iş materialları bölgədə bir neçə rayon məhkəməsini dolaşır.
Belə ki, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Beyləqan Məhkəməsinə göndərilmiş materiallar ötən gün Apellyasiyanın qərarı əsasında baxılması üçün Cəbrayıl rayon Məhkəməsinə yönləndirilib. Bu halda, Xuraman Rüstəmovanın oğlu Əliyev Yasin Allahverən oğlunun Beyləqan rayon Məhkəməsinin sədrinin köməkçisi vəzifəsində işləməsi əsas götürülüb.
Məsələnin ilgili tərəfi həm də odur ki, Cəbrayıl rayon Məhkəməsində hakim qıtlığı yaşandığından işə İmişli rayonunun hakimi Qurban Hacıyev də cəlb olunub. Dünən Xuraman Rüstəmovanın məhkəmə prosesinə Beyləqan Məhkəməsinin sədri Ramiz Nurullayevlə birgə gedib-gəldiyi də iddia edilir.
“Demokratik.Az”-a danışan mənbənin sözlərinə görə, Beyləqan məhkəməsinin sədri hər vəchlə əvvəlcə öz icraatında olan “cinayət işi”nə xitam verdirmək, müstəsna imkanlarından istifadə edərək Xuraman Rüstəmovanın bəraətinə nail olmaq istəyir.
Xatırladaq ki, 2018-ci il noyabr ayında Təhsil Nazirliyi tərəfindən Beyləqan rayon Təhsil Şöbəsində aparılan araşdırmalar zamanı ciddi korrupsiya və sair nöqsanlar aşkarlanıb. Nəticədə, TN-in qərarı əsasında X.Rüstəmova vəzifəsini tərk edib və sabiq şöbə müdiri istintaqa cəlb olunub.
İşdən çıxarılan Xuraman Rüstəmova barəsində Baş Prokuroluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə ) maddələri üzrə cinayət işi açılıb, istintaq hərəkətləri aparılıb.
Məlum olub ki, sabiq müdirə Beyləqan rayonunda bir neçə kənd məktəb direktorlarından (şikayətlərdə əsasən 6 (altı) məktəb direktorunun adı keçib) rüşvət alıb. Bunu sübut edən 10-dan çox auido-səs yazısının da işə dəlil olaraq əlavə olunduğu iddia edilib.
Xuraman Rüstəmovanın istintaqda verdiyi izahatında sabiq icra başçısı, siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin üzünə durduğu, korrupsiya yolu ilə aldığı pulların bir qismini sabiq icra başçısına ötürdüyünü qeyd edib.
İnanaq ki, mötəbər istintaq orqanının sabiq müdirə barədə hazırlayıb məhkəməyə ötürdüyü “cinayət işi” materialları Cəbrayıl rayon məhkəməsində hüquqi qiymətini alarkən saxta təhriflərə uğramaz…
mövzu diqqətimizdədir…
Yazıda adı çəkilən hər kəsin söz haqqını tanıyır…
AzTimes.az


Abunəlik


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir