Bakıda rüşvətlə bağlı səs yazısı yayılan direktorun yerinə təyinat
Bakı şəhəri 45 nömrəli tam orta məktəbə yeni direktor təyin edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Talıbova Pərvanə Niyazi qızı Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı ötən ilin noyabr ayında 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib.
Xatırladaq ki, Nəcibə Axundovaya rüşvətlə bağlı səs yazısı yayılmasına görə töhmət verilmişdi.