“Yeni həyat” tikinti şirkətinin rəhbərliyinin əməli polisi hərəkətə keçirdi
AzTimes.az xəbər verir ki, , Cəlilabad rayonu, Vəliyev Şəmistan və onunla eyni ünvanda yaşayan qardaşı Vəliyev Məqsud “Yeni Həyat” bina tikinti şirkətində fəhlə kimi işləyiblər. Ancaq şirkət rəhbərliyi onlara 2030 AZN əmək haqqını ödəməkdən müxtəlif bəhanələr gətirərək boyun qaçırıb. Əlləri hər yerdən üzülən qardaşlar hüquq- mühafizə orqanlarına üz tutub. Nəsimi Rayon Polis İdarəsində problemləri dinlədikdən hər iki qardaşa çatacaq halal məbləğ “Yeni Həyat” şirkətinin rəhbərliyi tərəfindən qardaşlara ödənilib.Vəliyev qardaşları DİN və Nəsimi RPİ rəhbərliyinə təşəkkür ünvanlayıblar”
“Hörmətli cənab nazir. 2022-ci ilin avqust ayında Bakı şəhəri Nəsimi rayonu, 28 may ərazisinsə Yeni Həyat bina tikinti şirkətində usta işlədiyimizə görə bizə çatacaq 2030 manat əmək haqqımızı binanın səlahiyyətli şəxsləri tərəfindən ödənilməyərək müxtəlif bəhanələrlə bizi aldadırdılar. Bununla əlaqədar olaraq müraciətim əsasında Nəsimi RPİ-nin rəhbərliyi tərəfindən qəbul edildikdən sonra məsələ öz müsbət həllini tapmışdır və hər ikimizin əmək haqqı olan 2030 manat pul vəsaiti tam olaraq ödənilmişdir.
Cənab nazir şəxsən sizə və polis əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm. ”