ATU-nun Hərbi tibb fakültəsinə qəbul qaydaları açıqlanıb

Baxılıb:174
ATU-nun Hərbi tibb fakültəsinə qəbul qaydaları açıqlanıb

Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinə Hərbi tibb və Hərbi feldşer işi ixtisasları üzrə 2023/2024-cü tədris ili üçün qəbul qaydaları açıqlanıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq altı il müəyyən edilib.

Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi tibb fakültəsinə qəbul üçün keçiriləcək test imtahanına hərbi həkim komissiyasından hərbi xidmətə yararlı qərarı ilə keçmiş namizədlər buraxılırlar.

Hərbi tibb fakültəsinə qəbul olan şəxslər ödənişsiz əsaslarla təhsil alırlar. Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək təhsil aldıqdan sonra hərbi andı qəbul edirlər və bütün növ təminatlarla təmin edilirlər.

Hərbi tibb ixtisası üzrə qəbul olmuş şəxslər 4-cü kursadək ayda 90 manat, son iki ildə isə ayda 181 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursant və tələbələrin aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.

Hərbi tibb və Hərbi feldşer işi ixtisası üzrə Hərbi tibb fakültəsinə qəbul olmaq istəyən namizədlər 1-30 aprel tarixinədək ərizə ilə fakültə rəisinə müraciət etməlidirlər.


Abunəlik