Zəlzələdən zərərçəkənlərə 4 evini verir
Məşhur müğənni Demet Akalın zəlzələdə zərərçəkən ailələrə müvəqqəti yaşamaları üçün ev verə biləcəyini açıqlayıb.
Bu barədə sənətçi öz tviter hesabında məlumat verib. O paylaşımında bildirib ki, İstanbulun Pendik rayonundakı 4 evini zərərgörənlərin üzünə açacaq:
“Pendikdə dörd mənzilimiz var. Zəlzələdən zərərçəkənlərə hazırlayacağıq. Bu müddət ərzində evlərimizi hazırlamaq üçün əşyalara ehtiyacımız var. Əsas kombidir… Kömək etmək istəyənlərin əlaqə saxlamasını istəyirik”.
Onun tvitinə çoxsaylı şərhlər yazılıb. Belə ki, izləyiciləri əşyalar verə biləcəklərini bildiriblər.