Nuranı təhqir edən qadın polisə çağırıldı

Baxılıb:276
Nuranı təhqir edən qadın polisə çağırıldı

Müğənni Nura Suri onu sosial şəbəkələrdə təhqir edən şəxsdən polisə şikayət edib.

AzTimes.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Instagram”da video paylaşıb.

Müğənninin sözlərinə görə, sosial şəbəkə istifadəçisi onu şərh bölməsində və “inbox”da təhqir edib:

“Azərbaycan polisinə, Bakı Şəhər Baş Polis İdarəsinə belə tez müraciətə baxıb, operativ işləyib, məni narahat edən şəxsi tapdıqları üçün təşəkkür edirəm.

Dünən müraciət etmişdim, bu gün izahat yazdım. Artıq həmin adamı tapıblar. Sosial şəbəkələrdə, haqqımda yazılan bütün xəbərlərdə və səhifəmdə şərh bölməsində, həmçinin “inbox”da məni təhqir edən xanımı tapdılar. Heç onu tanımıram. İzahatımı yazdım cavab gözləyirəm”.  


Abunəlik