Narkoloji xəstə məhkumların videogörüş keçirmələrinə icazə veriləcək
Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə videogörüş keçirmələrinə icazə veriləcək.
Bu, Nazirlər Kabinetinin “Cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.