Gəncədə azyaşlıya zorakılıq tətbiq edən şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzTimes.az-ın sorğusuna cavab olaraq bildirib:
Sosial Şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir