Nizami rayonu ərazisində park kimlər tərəfindən satılıb?- Yaşıllıqlar məhv edilir
AzTimes.az xəbər verir ki, fotolar Bakı şəhəri Nizamı rayonu Mikayıl Əliyev kücəsi 24 /4 ünvanında çəkilib.Sakinlər deyir ki, bu ərazi bir vaxtlar park olub,hal hazırda kimliyi məlum olmayan şəxslər tərəfindən mənimsənılib. Ərazidə yaşıllıqlar məhv edilərək obyekt tikintisinə başlanılıb.
(foto- Fərqanə Muradova)
Nizami Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib:
Bildiririk ki, sözügedən ərazi vətəndaşın mülkiyyətdədir. Buna baxmayaraq Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təmizlik işləri aparılmış, ərazi tullantılardan təmizlənmişdir.Nəzərinizə çatdırırıq ki, qeyd edilən ünvanda hal-hazırda heç bir tikinti işləri aparılmır və ərazi nəzarətdə saxlanılır.