Quba polisi şagirdlərlə görüşdü – FOTOLAR

Baxılıb:448
Quba polisi şagirdlərlə görüşdü – FOTOLAR

AzTimes.az xəbər verir ki, Qubada “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zərdabi qəsəbə tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Mehman Əliyev narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox, ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrə qarşı ölkə boyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb.

Həmçinin çıxış edən RPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantın Vüsal Rüstəmov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.


Abunəlik