Rüşvət ittihamı ilə işdən çıxarılan şəxsə yüksək vəzifə

Baxılıb:382
Rüşvət ittihamı ilə işdən çıxarılan şəxsə yüksək vəzifə

Gədəbəy rayon icra hakimiyyətində yeni təyinat olub.

AzTimes.az xəbər verir ki, bununla bağlı Gədəbəy rayon icra başçısı Orxan Mürsəlov sərəncam imzalayıb. Sərəncama əsasən Bayramov Əlövsət Talıb oğlu icra hakimiyyətində “Memarlıq və tikinti şöbəsi”nin müdiri təyin edilib.

Ə.Bayramov bu təyinata qədər Gədəbəy rayon Arabaçı kənd bələdiyyəsinin sədri olub.

Qeyd edək ki, Ə.Bayramov əvvəllərdə Gədəbəy rayon icra hakimiyyətində “Memarlıq və tikinti şöbəsi”nin müdiri vəzifəsində çalışıb. 2019-cu ildə Zəhmət kənd sakinindən rüşvət aldığına və vəzifədə yol verdiyi nöqsanlara görə, Gədəbəyin sabiq icra başçısı İbrahim Musatafayev tərəfindən işdən azad edilmişdi.

Məsələ ilə bağlı Gədəbəy icra hakimiyyəti ilə əlaqə saxlalıb. İcra hakimiyyətinin əməkdaşı təyinatın doğruluğunu Sarkazm.az-a təsdiq edib.


Abunəlik