İranın narkotik tranziti- ŞOK FAKTLAR

Baxılıb:207
İranın narkotik tranziti- ŞOK FAKTLAR

İran narkotikləri dünyaya:

İran – Azərbaycan,
İran – Azərbaycan – Rusiya – Yaponiya,
İran – Azərbaycan – Gürcüstan – Avropa,
İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutları ilə yayırdı.

Ölkədə bu marşurutlar ilə narkotiklərin daşınması halları dəfələrlə aşkar edilib, külli miqdarda narkotik vasitələr tutulub.
Hətta tutulan narkotiklərin bağlamalarının üstündə utanmadan, çəkinmədən açıq aşkar İran narkoistehsal fabriklərinin də möhürləri olur. Bu həm də onu göstərir ki, İran hökuməti bundan xəbərdardır və bununla özlərinə “çörək” qazanaraq, dünyanı narkotik xausuna salmaqda davam edir.
Sözsüz ki, Azərbaycan ərazisindən daşınan psixoaktiv maddələrin bir hissəsi Azərbaycanda da digər tranzit ölkələridə də satılır.
Deyəcəksiz, Bəs Sərhəd xidməti hara baxırdı?
İllər uzunu İran bu Narkotiklərin həm də əvvəl işğalda olan torpaqlarımızda, həm istehsal edib həm də ermənilərin əli ilə, dünyaya yayırdı.
İndi Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra, Azərbaycan İranın bu narkotrafik tranziti və istehsalını İran üçün keçilməz etdi.
Bununla da İran hökumətində Azərbaycanla münaqişə yarandı.
Amma İranın rəsmiləri Azərbaycanla yaranmış münaqişəni, guya Azərbaycanda İsrayil bazasının olması ilə əlaqələndirdi.
Çünki İran rəsmiləri rəsmən “Azərbaycan çörəyimizi kəsdi” deyə bilməzdi axı ….

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri,
Narkomanıya üzrə ekspert
Emil Maqalov.

AzTimes.az


Abunəlik