SON DƏQİQƏ!Neftçalada əməliyyat -İrançılar saxlanıldı
Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.
AzTimes.az xəbər verir ki,bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.
Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.
Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.
YenilənibDaxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
(Bakupost)