Molla rejimi zəlzələdən əziyyət çəkən soydaslarımıza zülm verir- Azərbaycan Bütovlük Platforması MÜRACİƏT ETDİ

Baxılıb:301
Molla rejimi zəlzələdən əziyyət çəkən soydaslarımıza zülm verir- Azərbaycan Bütovlük Platforması MÜRACİƏT ETDİ

Güney Azərbaycanın Xoy şəhərində və ətraf kəndlərdə baş verən zəllzələ nəticəsində minllərlə soydaşımız evsiz- eşiksiz qalmış, aclıq və səfalətlə üzləşmişdir.
Hər zaman Azərbaycan türklərinə qarşı ögey və düşmən münasibət bəsləyən Tehran rejimi soydaşlarımıza çox vacib olan həyati əhəmiyyətli ilkin yardımların edilməsini belə yubadır və ya ümumiyyətlə etmir. Bu gün Xoy şəhərində və ətraf kəndlərdə insanlıq dramı yaşanır. Uşaqlar, qadınlar, qocalar və xəstələr soyuqdan və aclıqdan əziyyət çəkir. Xoylu soydaşlarımızın yaşadığı faciəyə bir millət kimi dərhal təpki verməli, birliyimizin möhkəmlənməsinə xüsusi diqqət göstərməliyik.
Köməyə ehtiyacı olan bacı və qardaşlarımıza maddi və mənəvi dəstəyimizi əsirgəməməliyik. Onların ümid dolu baxışları Azərbaycan Respublikasına dikilib.


Azərbaycan Bütövlük Platforması olaraq ölkə vətəndaşlarımıza, ziyalılarımıza, yaradıcı insanlarımıza, iş adamlarımıza, vətəndaş cəmiyyəti fəallarımıza, siyasi partiyalara, və xüsusilə də dövlət başçısı cənab prezdent İlham Əliyevə müraciət edirik.

Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin xətti ilə soydaşlarımıza onların daha çox diqqətə və qayğıya ehtiyacları olduğu vaxt maddi və mənəvi dəstəyimizi əsirgəməyək.
Vaxtilə qardaş Türkiyə Cumhuriyyətində zəlzələ və meşə yanğınları olan zaman Azərbaycan dövlət və millət olaraq anadolulu qardaşlarımıza özünün maddi və mənəvi dəstəyini verdi. O ibrətamiz münasibət bir daha təkrarlanmalı, bu gün də Azərbaycan dövlət və millət olaraq ağır vəziyyətdə olan güneyli soydaşlarımıza özünün maddi və mənəvi dəstəyini verməlidir.


Əziz soydaşlarımız!
Zaman birlik və bərabərlik zamanıdır.
Bütün vətəndaşlarımızın bu çağırışa qoşulmasi diləyi ilə
Azərbaycan Bütövlük
Platforması.

AzTimes.az


Abunəlik