Millət vəkili:”İranda səfirliyimizə xain hücum olub”

Baxılıb:117
Millət vəkili:”İranda səfirliyimizə xain hücum olub”

İranda səfirliyimizə xain hücum olub. Kim edib bilmirik. Amma, bir həqiqət isə aydındır. Neçə aylardır ki, İran rəsmiləri, İran televiziya və mətbuatı Azərbaycana qarşı nifrət püskürür, bizi İran cəmiyyətinə şeytan obrazında təqdim edirdi. O təbliğatla İran insanlarını Azərbaycana qarşı doldururdu. Bu xain basqın, ölüm və yaralılar bu təbliğatın və düşmənçiliyin nəticəsidir.

Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub, iki nəfər yaralanıb. Şəhidimizə Allahdan rəhmət diiləyir, yaralılara isə şəfa arzulayıram.

Milli Cəbhə Partiyası – MCP/AzTimes.az/


Abunəlik