Qusarda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirildi

Baxılıb:215
Qusarda “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirildi

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Çiləgir kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında maarifləndirmə tədbirləri keçirilib.
DİN-in Mətbuat Xidmətindən AzTimes.az-a bildirilib ki, tədbirdə rayon polis şöbəsinin əməkdaşları, rayon icra hakimiyyətinin və rayon mərkəzi 6xəstəxanasının nümayəndələri, eləcə də məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Şagirdlərlə görüşdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Eldar İlyasov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib. Bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, yeniyetmə və gənclərimizə yüksək təhsil almaqlarını, müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmalarını, idmanla məşğul olmalarını, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda böyümələrini, vətənpərvər kimi hər zaman ölkəmizin müdafiəsinə hazır olmalarını və cəmiyyətdə sağlam fərdə çevrilmələrini tövsiyə edib.
Həmçinin çıxış edən rayon polis şöbəsinin baş inspektoru, polis mayoru Səlahəddin Əmrullayev erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


Abunəlik