Son bir ildə dünyasını dəyişmiş sabiq məmurlar – SİYAHI

Baxılıb:253
Son bir ildə dünyasını dəyişmiş sabiq məmurlar – SİYAHI

Geridə qoyduğumuz 2022-ci və ilk günlərini yaşadığımız 2023-cü il bir çox sabiq məmurların dünyasını dəyişmələri ilə yadda qaldı. Xüsusilə də, sabiqlər arasında yüksək ranqlı məmurların ölüm xəbərləri daha çox müzakirə olundu.

Vəfat edənlərin bir qismi uzun sürən xəstəlikdən, bəziləri isə ahıl çağlarında dünyadan köçdülər.

Onların içərisində iki sabiq dövlət başçısı da var.

Bizim.Media son bir ildə dünyasını dəyişən sabiq məmurların siyahısını təqdim edir.

Əbdürrəhman Vəzirov

Azərbaycanın keçmiş başçısı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov 2022-ci il yanvarın 10-da 91 yaşında vəfat edib.

Ayaz Mütəllibov

Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Mütəllibov 2022-ci ildə martın 27-də 84 yaşında vəfat edib. Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən sabiq prezident Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.

Nazim Məmmədov

Azərbaycanın fövqəladə hallar nazirinin müavini, daxili xidmət general-leytenantı əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində başlayıb. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışıb. 1999-cu ildə isə “Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirib. 2007-ci ilin dekabrından 2022-ci ilin yanvarına qədər Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-leytenantı olub.

Fazil Məmmədov

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov noyabrın 4-də Türkiyədə 58 yaşında 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb, 2007-2018-ci illərdə Azərbaycan Güləş Federasiyasının prezidenti olub.

İxtiyar Şirin

Azərbaycanın keçmiş Baş prokuroru 71 yaşında uzun müddət əziýyət çəkdiyi xəstəlikdən vəfat edib. İxtiyar Şirin vaxtlara qədər Milli Konqres Partiyasına rəhbərlik edirdi.

Namiq Nəsrullayev

1996-2001-ci illərdə iqtisadiyyat naziri olan Namiq Nəsrullayev isə 2023-cü ildə dünyasını dəyişən ilk sabiq yüksək ranqlı məmur oldu. O, 77 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


Abunəlik