Qadının unutduğu çantanı polis tapdı

Baxılıb:234
Qadının unutduğu çantanı polis tapdı

AzTimes.az xəbər verir ki, Sabunçu rayonunda qadın içərisində xeyli pul olan əl çantasını parkda unudub. Ancaq onun bəxti gətirib, çünki çantanı polis əməkdaşı tapıb.
Bakıxanov qəsəbəsindəki mərkəzi parkda sahibsiz qalan çantanı aşkar edən Sabunçu RPİ-nin baş inspektoru, polis polkovnik-leytenantı Asif Məlikov onu aktla xidmət etdiyi polis idarəsinə təhvil verib.
Çantada 530 türk lirəsi, 200 ABŞ dolları, 7 manat, müxtəlif banklara məxsus ödəniş kartları və şəxsiyyət vəsiqəsi olub. Araşdırma zamanı məlum olub ki, çantasını itirən şəxs Hədiyyə Cəfərovadır.
Polis idarəsinə dəvət olunan H.Cəfərovaya əşyaları təhvil verilib. O, buna görə polis əməkdaşlarına, xüsusən polis polkovnik-leytenantı Asif Məlikova minnətdarlığını bildirib.


Abunəlik