Bu şəxslərə verilən təqaüd 100 manat oldu – FƏRMAN
18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə prezident təqaüdü artırılıb.
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilən təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 100 manat müəyyən edilib.
Qeyd edək ki, bu məbləğ indiyədək 80 manat idi.