Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən müəlliməyə DƏSTƏK

Baxılıb:333
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən müəlliməyə DƏSTƏK

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin nümayəndələri, eləcə də Nazirlik yanında ictimai Şura sədri, İmişli rayonu Aranlı kənd 1 nömrəli tam orta məktəbində olublar.
Məktəbdə mövcud şəraitlə yaxından tanış olan nümayəndələr məktəb kollektivi və valideynlərlə də görüşüb, söhbət aparıblar.
Görüşdə iştirak edən nazirin müşaviri Elnur Nəsibov son günlər sözügedən məktəblə bağlı gündəmə gələn məsələyə diqqət çəkərək bildirib ki, Elm və Təhsil Nazirliyi vətəndaşların, eləcə də müəllimlərin, şagirdlərin müraciət və problemlərini hər an dinləməyə hazırdır və bu məsələlərə xüsusi həssaslıqla yanaşaraq onların çevik həllinə çalışır.
Dövlət Komitəsinin Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova uşaq hüquqlarının təmin olunmasının, eləcə onların maraqlarının üstün tutulmasının vacibliyini qeyd edib.Bilidirilib ki,Komitə qadın və uşaqlara dair məsələləri hər zaman diqqətdə saxlayır.
Daha sonra kollektivin, eləcə də valideynlərin şikayət və təklifləri dinlənilib, bu məsələlərin həlli yönündə müvafiq işlərin aparılacağı qeyd edilib.

AzTimes.az


Abunəlik