Rövşən Məmmədovun yeni korrupsiya FAKTI İFŞA OLUNDU – FOTO

Baxılıb:3964
Rövşən Məmmədovun yeni korrupsiya FAKTI İFŞA OLUNDU – FOTO


Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) televiziyanın reklam hüququnun Broadcast Media MMC-yə həvalə edib. AzTV sədri Rövşən Məmmədov bununla bağlı 9 dekabr tarixində məktub göndərərək 2023-cü ildə AZTV, Mədəniyyət, İdman Azərbaycan və Radio reklamlarını satmaq və yerləşdirmək hüququnu onlara verdiyini bəyan edib. İlk baxışda prosesin şəffav olduğu görünür. Ancaq apardığımız jurnalist araşdırması tükürpədici maxinasiyanı üzə çıxarıb.
Əvvəla qeyd edək ki, AzTV dövlət mülkiyyətidir və burada bütün məsələlər ölkənin Milli Məclisi tərəfindən qəbul edilən və ölkə prezidentinin imzası ilə qüvvəyə minən qanunla tənzimlənir. Ancaq görünən odur ki, Rövşən Məmmədov yenə bu qanunu və onun üzərində ki, imzanı əlinin ardı ilə kənara itələyib öz qaydaları ilə oynamağı seçib.
Azərbaycan reklam bazarında çox sayda aktiv müştəri bazası olan və böyük dövriyyəsi olan, şirkətlər olduğu halda niyə BROADCAST MEDİA MMC seçilib, bax bu, aydın deyil. Qəbul edilmiş qaydalara və qanunlara əsasən belə hüquqların verilməsi üçün açıq müsabiqə keçirilməli, maraqlı tərəflərə dəvət göndərilməli, onların təklifləri dəyərləndirilməli və ən optimal olanı seçilməlidir. Rövşən Məmmədov isə müsabiqəsiz müqavilə imzalayıb və reklam satışını tanınmayan bir şirkətə verməklə şəffaf olmadığını göstərir.
AzTV adı çəkilən şirkətlə müqaviləni hansı şərtlərlə bağlayıb? BROADCAST MEDİA MMC AzTV-dən reklam satışlarını neçə faiz endirimlə əldə edib? Endirim verilməyibsə, şirkət satışın müqabilində nə qədər faiz alacaq? BROADCAST MEDİA MMC 1 il ərzində nə qədər reklam cəlb etmək öhdəliyi götürüb? Bütün bu suallar cavabsızdır və cavabsızda qalacaq. Çün ki, müqavilə imzalanan şirkətin təmsilçisi belə bu sahənin naşısıdır.
Səbəb? Fotoya diqqət edin.


Qeyd edilən şirkət 5 dekabr tarixində dövlət qeydiyyatından keçib və vöen əldə edib. 19 dekabrda Rövşən Məmmədov şirkətə məktub göndərəndən böyük ehtimal BROADCAST MEDİA MMC heç qeydiyyat şəhadətnaməsinin dublikatını alıb Bankda özünə hesab açdırmağa belə çatdırmayıb.
Beləliklə ehtimal etmək olar ki, bu, Rövşən Məmmədov və komandasının yeni maxinasiyasıdır. Nəzərə alsaq ki, yaxın günlərdə AzTV-də yenidən Hesablama Palatası yoxlamalara gələcək, Rövşən Məmmədov və komandasının qısa müddətlidə olsa kəsib-doğrama əməliyyatlarına pauza veriləcək. O zaman tələm-tələsik kənarda şirkət yaratmaq həvəsi və istəyini başa düşmək olar. Rövşən Məmmədov beləliklə cəlb edilən reklam gəlirlərini büdcədən öz ağlında qanunu yolla yayındırıb, çox qazanıb, büdcəyə az qoymağı planlaşdırır.
Xatırladaq ki, Hesablama Palatası 2019-2020-ci illəri yoxladığı zaman ümumi 8 milyon, reklam gəlirlərindən isə 2 milyon vəsaitin büdcəyə qaytarılma tələbini qoymuşdu. Televiziyanın proqram direktorluğu, maliyyə departamenti, reklam şöbəsi sədrlə əlbir olaraq TV-də gedən gündəlik reklam hesabatı sənədlərini gizlətmişdilər.
Bu və digər ciddi korrupsiya cinayəti sayıla biləcəyindən müvafiq qurumları reklam müqaviləsi üzrə də araşdırma aparmağa və məsələyə rəy bildirməyə dəvət edirik.
Ümumiyyətlə, qeyd edək ki, reklam medianın əsas qaynaqlarından biri hesab edilir. Media orqanları tamaşaçılara keyfiyyətli kontent satıb əvəzində reklam verənlərdən reklam cəlb edirlər. Xüsusən də televiziya vizual olaraq böyük sayda insana informasiyanın çatdırılmasına xüsusi əhəmiyyətə malikdir.
Bu baxımdan reklam cəb etmək, yayımlamaq və bunun əvəzində gəlir əldə etmək xüsusilə özəl kanallarımızın qanuni haqqıdır. Həm reklam verənlər (biznes) və reklam alanlar (media) bu prosesin maksimum asan və bir mənbə üzərindən həyata keçirilməsində maraqlıdırlar. Ona görə də tərəflər arasında münasibətlərin tənzimlənməsi üçün dövriyyəyə reklam agentləri girir. Onlar müştəri tapır, reklamı sifariş edilən kanallara yerləşdirir və bu xidmətinin qarşılığında faiz əldə edirlər.
Azərbaycan bazarında çox sayda belə agentliklər var ki, onlar uzun illərdir etibar qazanıb və bu xidməti göstərirlər. Ancaq AzTV-nin reklam cəlb etmək hüququnu belə bir şirkətə verməsi ciddi korrupsiya faktı hesab edilə bilər.


Ardı var…


P.S. O ki, qaldı mediada gedən araşdırma yazılarınıza görə təşəkkürünüzə, əgər bu faktların yalan olduğunu təkzib etmək istəyirdinizsə, dəlil və arqumentlərinizi, sübutlarınızı bizə və ya digər media orqanlarına təqdim etməliydiniz. Əks halda kompüter mütəxəssislərini gətirib maliyyə departamentinin kompüterlərini altını üstünə çevirib faktların haradan sızıldığını müəyyən etməyə ehtiyac qalmazdı.

Pərvin Abışova AzTimes.az


Abunəlik