Səudiyyə Ərəbistanından həccə gedənlərə ŞAD XƏBƏR

Baxılıb:140
Səudiyyə Ərəbistanından həccə gedənlərə ŞAD XƏBƏR

Səudiyyə Ərəbistanı Covid-19 ilə bağlı həcc ziyarətinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Həcc ziyarəti pandemiyadan əvvəlki dövrə qayıdıb. Səudiyyə Ərəbistanı 3 ildən sonra Covid-19 pandemiyasına görə həcc ziyarətində tətbiq olunan yaş və kvota məhdudiyyətini aradan qaldırıb.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə naziri Tevfik ər-Rabiah açıqlamasında həcc ziyarətində tətbiq edilən məhdudiyyətləri xatırladıb və həccin “kvota və heç bir yaş məhdudiyyəti olmadan pandemiyadan əvvəlki dövrə qayıdacağını” bildirib.

Bu il iyunun 26-dan iyulun 1-dək keçiriləcək həcc ziyarətində 2019-cu ildə təxminən 2,5 milyon Səudiyyə Ərəbistanı vətəndaşı, 2020-ci ildə min Səudiyyə Ərəbistanı vətəndaşı, 2021-ci ildə 60 min Səudiyyə Ərəbistanı vətəndaşı, 2022-ci ildə 780 mini əcnəbi olmaqla, cəmi 900 min adam qəbul edildi.

Covid-19 səbəbiylə Səudiyyə Ərəbistanı zəvvar namizədlərindən 65 yaşdan aşağı olmalarını, Covid-19 peyvəndi olmalarını və testin mənfi nəticəsini tələb edirdi.


Abunəlik