Vasif Talıbovun deputat mandatı ləğv edilir? – Ali Məclis təcili toplanır
Bu gün saat 11:00-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçiriləcək.
Naxçıvan MR Ali Məclisinin deputatlarından birinin Manset.az-a verdiyi açıqlamaya görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Vasif Talıbovun və oğlunun deputat səlahiyyətinə xitam verilməsi məsələsi gündəlikdə deyil.
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları
2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi
3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi
4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi