İntiqam Məmmədov vətəndaşı xaricdən qrant almağa məcbur edir?

Baxılıb:1094
İntiqam Məmmədov vətəndaşı xaricdən qrant almağa məcbur edir?

Bəli. Mən də həmrəyəm. Feministlər düz etmir. Fürsət tapan kimi aksiya edirlər. Avropa hesabatlarda bu aksiyalardan dövlətin əleyhinə qərarlar Xaricdən maliyyə alır, ölkədə qarışıqlıq yaratmaqla məşğul olurlar. Amma Rəbiyyə Məmmədova almaq istəmir. Deyir bu ölkənin vətəndaşıyam, burda iş qurum, çörək qazanım, vergimi də öz dövlətimə verim. Amma Bakı Şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri İntiqam Məmmədov buna imkan vermir. R.Məmmədova bildirir:
“2 ilə yaxındır Baki Şəhər Ticarət və Xidmət Departamentinin rəhbəri İntiqam Məmmədov məni dolayıb. Bu ölkədə niyə mən bir köşk götürmək üçün bu qədər əziyyət çəkməli, əsəb, stress keçirməliyəm. Bu şəxs kimə belə arxalanır ki, oğlunun maşın kolleksiyası, özünün varidatının haradan qazanması məlum olmasa da, haqqında araşdırma aparılmır?

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizova da bu şəxs barəsində şikayət etmişəm. Eldar Əzizovun tapşırığından sonra bu şəxs mənimlə görüşüb, bundan öncə bir neçə dəfə idarəyə getsəm də görüşə bilməmişəm. Mənim sənədlərimin sürətini götürüb, sizi növbəyə yazırıq deyə məni gözlədiblər. “Gözlə-gözlə kimsə çıxanda sizə deyəcəyik”, artıq 2 ilə yaxındır.

Hətta bir dəfə mənə deyib ki, istəyirsən Sədərəkdən yer götürək.Bildirmişəm ki, mənə Sədərəkdən yer lazım olsa özüm götürə bilərəm, sizi neynirəm.

İndi də deyir ki, bəs Dövlət Şəhərsalma baxır bu işə. Yaxşı, Dövlət Şəhərsalma baxırdısa, məni niyə 2 ildir gözlədirlər???”

Paylaşdığım Bakı Şəhər İcra hakimiyyəti rəsmi səhifəsində Ticarət və Xidmət Departamentinin əsasnaməsindən çıxarışdır. İndi biz bu əsasnaməyə inanaq, yoxsa “qazandığı” varidatın hardan gəldiyi məlum olmayan İntiqam Məmmədova?!”
Bütün olanlardan belə nəticə çıxarmaq olar ki, dəyərli İntiqam Məmmədov bu jestləri ilə vətəndaşları xarici qurumlarla əməkdaşlığa sövq edir. Bu birbaşa prezidentə xəyanətdir. Ölkəyə xəyanətdir, Vətənə xəyanətdir.

AzTimes.az


Abunəlik