AZTV 2022-Cİ İLİ NECƏ BAŞA VURUB? SABİQ ƏMƏKDAŞIN DEDİKLƏRİ…

Baxılıb:640
AZTV 2022-Cİ İLİ NECƏ BAŞA VURUB? SABİQ ƏMƏKDAŞIN DEDİKLƏRİ…

AzTV-nin sabiq əməkdaşı Saida Vəliyeva Yeni il ərəfəsində şəxsi Facebook hesabında maraqlı paylaşım edib:

2022-ci ilə sağ ol dedik.Yeni İlə başladıq.Hamını bayram münasibətilə təbrik edir,2023-cü ilin uğur gətirməsini arzu edirəm.

Ötən il məndə çox pis iz qoydu.Ailəmdə itki baş verdi.Əziz atam rəhmətə getdi.Həmin günlər mənim yanımda olan,dərdimə şərik olanlara minnətdarlığımı bildirirəm.

Son illər işlə əlaqədar başım çox qarışıq oldu,haqsız yerə AZTV-dən kənarlaşdırılmağımla barışmayaraq mübarizəyə başladım,təkbaşına etiraz aksiyaları keçirdim,məhkəmə çəkişmələrinə girdim.AZTV sədri Rövşən Raqif oğlu Məmmədovun ədalətsizliyi,haqsızlığı,maliyyə pozuntuları barədə vaxtaşırı ictimaiyyəti bilgiləndirdim.Dəfələrlə dövlət orqanlarına,dövlət başçısına müraciət yazıb göndərdim.Hətta AZTV-nin qarşısında üstümə benzin tökərək intihara cəhd etdim.Nəhayət,2021-ci ildə Hesablama Palatası AZTV-də 3-4 ay davam edən yoxlamalara başladı.Lakin hələ də o yoxlamaların tam hesabatı verilməyib.Yəqin ona görədir ki,Rövşən Məmmədov yoxlamadan dərhal sonra işçilərin qonorarlarını müəyyən ara verməklə kəsməyə başladı.Maaşa,qonorara möhtac olan sadə əməkdaşlar da çarəsizlikdən səslərini çıxarda bilmirlər ki,işlərini itirməsinlər.

Səslərini çıxardanlar isə AZTV-nin STS Kompleksinin artıq keçmiş rəis müavini Həmid Knyaz oğlu Mehdiyev kimi Rövşən Məmmədovun qəzəbinə rast gəlir.
Mütəxəssis itirmək bunların vecinə deyil.
Fikirləri ancaq işdə olsaydı,o zaman pulları yeni Səyyar TV Stansiya maşınlarının alınmasına sərf edərdilər.Rəqəmsal yayımdan,TRT,CNN,Əlcəzirə ilə rəqabətdən dəm vuran Rövşən Məmmədov CD STS qurğularından,CD studiya kameralarından,çəkilişə DVCam kaset,kameralarla getməklərindən,efirə hələ də kasetlə çıxmaqlarından da danışsın.Bu adam keyfiyyət axtarırsa,ilk növbədə HD STS studiya avtomaşınları,HD studiya kameraları,rəqəmsal fotokameralar,müxtəlif müasir avadanlıqlar almalı idi.Görün vəziyyət nə yerdədir ki,çəkilişə gedəndə bəzi avadanlıqları icarəyə götürürlər.

Bunların əvəzində Rövşən Məmmədov Emrah Alparslan Konukman adlı bir Türkiyə vətəndaşını TRT mütəxəssisi deyə təqdim edərək keçən ilin avqustunda bədii rəhbər təyin etdi.Hətta Emrah bəyin həyat yoldaşını da qrafikaçı olaraq işə götürdü.Lakin oktyabrda Emrah bəy qəfildən AZTV-dən qeyb oldu.

Emrah Alparslanın təyinatı AZTV kollektivində narazılıq yaratmışdı.Bu qədər tarixi,ənənəsi,işçi potensialı olan bir yerə kənardan bədii rəhbər gətirmək hörmətsizlik kimi qəbul olunmuşdu.Həm də deyilənə görə Emrah bəy işçilərə qarşı sayğısız davranırmış.Rövşən bəy Məmmədov da həmin ərəfədə işçilərin qonorar kəsimini etməsinə baxmayaraq əcnəbilərə büdcəsində pul tapıbmış.

2019-cu ildən bu günə kimi müşahidələr onu göstərir ki,Rövşən Məmmədovu yalnız öz maddi rifahı və öz görüntüsü
düşündürür.Fikir verin,yanvarın 1-i bazar günü olduğu üçün Rövşən müəllim “Həftə” proqramı ilə tamaşaçılara qonaq gəlmişdi.Halbuki digər kanallar həmin vaxt xəbər buraxılışları və bayram verilişləri təqdim edirdilər.Bayram günü iki saat ərzində ekranı “analitik” proqramla yükləmək hansı məntiqə sığır? Hələ sabahı da verilişin təkrarını verirlər.Studiyada gəzişmələri,var-gəl etməyi,əl-qol,baş hərəkətləri,kəskin dönüşləri deyəsən özünə həzz verir.Adam hələ də anlamır ki,ictimai-siyasi verilişin iki saat davam etməsinin özü bir qüsurdur.Deməli,Rövşən Məmmədov və komandası həftənin yekun icmalını yığcam,lakonik təhlil və təqdim etmək bacarığına malik deyil.

Yuxarıda Həmid Mehdiyevdən danışdıq.Həmid müəllim özü sosial şəbəkələrdə ətraflı məlumat verib.Qısaca onu deyim ki,rayonların birinə ezamiyyət zamanı problem yaradılıb və akt tərtib edərək onu işdən çıxardıblar.Məsələyə belə operativ reaksiya verən AZTV sədri nədənsə bu yaxınlarda Bakının Yasamal rayonunda restoranların birində baş vermiş hadisəyə hələ də münasibət bildirmir.
Beləki,xəbər saytları 17.12.2022-ci ildə Yasamaldakı “pub”lardan birində üç nəfərin sərxoş halda dava saldıqları,polisə müqavimət göstərdikləri barədə məlumat veriblər.İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib…Ölkənin əsas kanalı AZTV olduğu üçün AZTV rəhbərliyi dərhal münasibət bildirməli idi.Çünki rəsmi şəkildə hadisəni törədənlərdən birinin telekanal işçisi olduğu deyilir.Bu susqunluq da şayiələrə səbəb olur.AZTV-nin mətbuat sözçüsü yəqin bayramını keçirdəndən sonra bu məsələyə aydınlıq gətirər.Onsuzda məhkəmədə bu adamların kimlikləri,haranın işçiləri olduqları məlum olacaq.Yeri gəlmişkən,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə də müraciət edirəm ki,məlumatlarını dəqiqləşdirsinlər.Mənim kimi onlarla insan haqsızlığa görə əzab çəkirik,amma hansısa harınlamış TV işçiləri əyyaşlıq edib dava salırlar,sonra da gedib rahat şəkildə işlərinə davam edirlər.

İndi isə bir neçə gün əvvəl adekvat.az saytında verilən bir məqalə haqqında.
Yazılanları mən də,başqa hımkarlar dabir neçə dəfə yazıb.Dəfələrlə demişəm ki,Hesablama Palatasının yoxlamasından savayı digər dövlət orqanları da AZTV-ni təftiş etməlidilər. Adekvat.az sağ olsun ki,bir daha bu məsələyə diqqət cəlb edib,konkret misallar çəkib,adları qeyd edib.Buyursunlar,əlaqədar dövlət orqanları münasibət bildirsinlər.Necə olur ki,qalan əməkdaşlara 300-1000 manat civarında qonorar yazılır,amma siyahıdakılar dördrəqəmli məbləğ alırlar? Əgər doğrudan da bu “otkat” pullardırsa,yəni adlarına yazılıb sonradan götürülürsə,onda ikiqat pozuntu sayılır.Siyahıda görün kimlər var.Rövşən müəllimin köməkçisi Həmid Əsədzadə (9872 manat) və onun dostu,rejissoru Zaur Zeynalov (3500 manat),sədrin əsas rejissorlarından biri Elnur Qədirov (11.751 manat) və onun bəzi işçiləri,Rövşən Məmmədovun aparıcısı olduğu “Həftə” proqramının quruluşçu rejissoru Hüseyn Kazımov (3740 manat) və “Həftə”nin ssenarisini yazan redaktor Malik Həsənov (4380 manat), “Telesəhər”in rəhbəri,sədrin ailəvi dostu Turan Babayev (5280 manat),İnformasiya Studiyasının bədii rəhbər müavini Rəfael Məmmədov (5200 manat), Ekstrim Qrupun rəhbəri Kamandar Məmmədov (5100 manat),İmic Qrupun rəhbəri Elvin Əhmədov (8850 manat),İctimai-Siyasi Proqramlar Studiyasının direktoru Tofiq Abbasov (5560 manat)…Siyahının kiçik qismini yazdım.Zəhmət olmasa,Rövşən müəllim işçiləri arasında bu cür əməkhaqqı fərqini hansı səbəbdən qoyduğu izah etsin.Yəni həmkarların faydalı iş əmsalı bu qədər yüksəkdir ki,digər işçilərdən onqat çox pul verilir? Yaxşı olardı ki qeyd edilən məsələlərlə dövlət yoxlaması məşğul olsun,2023-cü ildə nəhayət ki haqq-ədalət bərpa olunsun.

Saida Vəliyeva Aztimes.az


Abunəlik