Azərbaycanda DİN naziri işdən çıxarıldı – Yeni rəis kollektivə təqdim edilir-FOTO

Baxılıb:207
Azərbaycanda DİN naziri işdən çıxarıldı – Yeni rəis kollektivə təqdim edilir-FOTO

Xəbər verdiyimiz kimi son günlərdə Naxçıvanda bir sıra islahatlar aparılır. Bunun davamı olaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır. Artıq bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacağı qeyd edilib.

 Naxçıvanın Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tutduğu vəzifəsindən azad olunub.

Hazırda Rəşad İsmayılovun yerinə təyin olunan Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Naxçıvanda – Daxili İşlər Nazirliyinin binasındadır. O Prezidentin Naxçıvana təyin etdiyi xüsusi nümayəndəsi Fuad Nəcəfli tərəfindən kollektivə təqdim edilir. İclasda bir sıra mühüm təyinatların həyata keçiriləcəyi, tapşırıqların veriləcəyi gözlənilir.

/Manşet.az


Abunəlik