Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib

Baxılıb:294
Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib

Dekabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisinin deputatı və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri xanım Hicran Hüseynova Milli Məclisin inzibati binasında vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.
Komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək, onların təklifləri və problemləri ilə maraqlanıb.


Qəbulda iştirak edən vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər. Qaldırılan məsələlərin bir hissəsi həllini tapmış, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılmışdır.

AzTimes.az


Abunəlik