Neftçalada brakonyerliklə məşğul olan şəxs iş başında yaxalandı

Baxılıb:197
Neftçalada brakonyerliklə məşğul olan şəxs iş başında yaxalandı

Neftçalada brakonyerliklə məşğul olan şəxs barəsində cinayət işi açılıb
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən brakonyerliyə qarşı tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzTimes.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən Yuxarı Qarabağ kanalının Neftçala rayonunun Haqverdilər kəndi ərazisindən keçən hissəsində aparılan reyd zamanı qeyd edilən qanunsuz əməllə məşğul olan Biləsuvar rayon sakini İsa İmanov saxlanılıb.
Həmin şəxsdən qanunsuz ov qurğuları və ümumilikdə 65 ədəd müxtəlif növ balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İ.İmanov barəsində Cinayət Məcəlləsinin 256.1-ci (Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Abunəlik