Azərbaycanda baş həkim maşınını aşırdı – Vəziyyəti ağırdır

Baxılıb:161
Azərbaycanda baş həkim maşınını aşırdı – Vəziyyəti ağırdır

Oğuzda Ailə Sağlamlıq Mərkəzinin baş həkimi qəzaya düşüb.
Hadisə bu gün günorta saatlarında Oğuz rayonu Xaçmaz kənd ərazisində baş verib.
1989-cu il təvəllüdlü Oğuz şəhər sakini Murad Səftər oğlu Sərkərov “Opel Vectra” markalı avtomobillə hərərəkdə olarkən idarəetməni itirib.
Bu zaman avtomobil aşıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan M. Sərkərov əvvəlcə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yaralıya Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ RMX-a göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən M. Sərkərov Oğuz RMX-nın Xaçmaz kənd Ailə Sağlamlıq Mərkəzinin baş həkimidir.


Abunəlik